Məmmədyarov yeni səfiri qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Milan Ekerti qəbul edib.
Nazirlikdən Adalet.az-a verilən məlumata görə, E.Məmmədyarov qonağı səfir təyin olunması münasibətilə təbrik edib. M.Ekert etimadnaməsinin surətini nazirə təqdim edib.
Səfir fəaliyyəti dövründə Azərbaycan ilə Çexiya arasında ənənəvi dostluq münasibələrinin inkişafı üçün səylə çalışacağını diqqətə çatdırıb. O, Azərbaycanın regionda Çex Respublikasının strateji və etibarlı tərəfdaşı olduğunu vurğulayıb.
Görüş əsnasında Azərbaycan ilə Çexiya arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib. Ölkələrimiz arasında iqtisadi-ticarət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensilaın mövcud olduğu qeyd edilib. Həmçinin fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars (BTQ) dəmir yol xəttinin ikitərəfli ticarət münasibətlərinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub. Nazir səfirə fəaliyyətində uğurlar arzulayıb.
Digər Xəbərlər
01 May 2024 18:37
Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirildi - FOTOLAR
01 May 2024 18:17Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 16:25İyunda ardıcıl 5 gün iş olmayacaq
01 May 2024 13:59Qonşu ölkədə qalmaqal:"15 əsgər əvvəl zəhərlənib, sonra yandırılıb, bu bədbəxt hadisə deyil"
01 May 2024 11:44