Məmmədyarov Fransa Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidentini qəbul edib
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, görüşdə R. Çukerman Azərbaycanın sürətli inkişafının böyük təəssüratlar doğurduğunu bildirib, habelə Azərbaycan xalqının zəngin mədəniyyətlərarası və dinlərarası dialoq təcrübəsinin dünya üçün nümunə olduğunu vurğulayıb.
E. Məmmədyarov isə Azərbaycanın milli təcrübə əsasında beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa verdiyi töhfədən danışaraq, ölkəmizin əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
01 May 2024 22:45
İlham Əliyevin forumdakı çıxışı Gürcüstan mətbuatında
01 May 2024 17:37Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə nitq söyləyib - YENİLƏNİB
01 May 2024 16:15Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 16:10Tokayev Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən danışdı
01 May 2024 16:09