adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Avqust 2018 12:31
7700
SİYASƏT

Məmmədyarov erməni nazirlə Nyu-Yorkda görüşəcək

BMT Baş Assambleyasının qarşıdakı sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, sessiya sentyabr ayında Nyu-Yorkda keçiriləcək.

XİN rəsmisi qeyd edib ki, nazirlərin görüşünün dəqiq tarixi diplomatik kanallarla dəqiqləşdiriləcək.