“Məmməd Araz: Taleyi və sənəti” - Kitab
AMEA Naхçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun "Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 8 iyun tarixli Sərəncamına əsasən hazırlanmış "Məmməd Araz: taleyi və sənəti” kitabının təqdimat mərasimi keçirilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev "Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap edilmiş 176 səhifəlik kitab haqqında məlumat verib. Qeyd edib ki, kitabda Xalq şairinin yaradıcılığının müxtəlif aspektlərini təhlil edən 20-yə yaxın məqalə yer alıb. Vətəndaş-şair Məmməd Arazın Azərbaycanda ədəbiyyatın və ictimai fikrin inkişafındakı xidmətlərindən danışan akademik İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin Xalq şairi Məmməd Arazın sənətinə və şəxsiyyətinə verdiyi dəyərdən də bəhs edib. Şairin anadan olmasının 60 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması, şairin yüksək "İstiqlal” ordeni ilə təltif edilməsi məhz bu qayğının təzahürü olmuşdur. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam da bu diqqətin və qayğının davamıdır. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Xalq şairi Məmməd Arazın anadan olmasının 80 illiyinin qeyd olunması və görkəmli söz ustadının doğulduğu Şahbuz rayonunun Nursu kəndində ev muzeyinin yaradılması haqqındakı sərəncamları xüsusi əhəmiyyətə malikdir
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kitabın elmi redaktoru Əbülfəz Quliyev "Məmməd Araz yaradıcılığı: öyrənilməsi və nəşri məsələləri” mövzusunda məruzə edib. Təqdimat mərasimində İnstitutun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev, şöbə müdiri, filologiya üzrə elmlər doktoru Adil Bağırov, şöbə müdiri, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov kitabla bağlı fikirlərini bölüşüblər.
Elnur KƏLBİZADƏ
AMEA Naxçıvan Bölməsi
Digər Xəbərlər
04 Aprel 2026 15:05
Aqil Abbasın "Rəmiş"i, yaxud ruhun sınağı - Elnarə AKİMOVA yazır
03 Aprel 2026 16:55
Deyirlər ki, kitab oxuyan yoxdur...
03 Aprel 2026 12:42
Üç aprel, üç “yaxşı ki...” - Pərvanə Bayramqızı yazır
02 Aprel 2026 12:13
Vaqif Bəhmənli: APRELİN 1-i
02 Aprel 2026 11:30
İkinin arasında qalan Biri qorumalısan! - Rza Rzayev yazır
02 Aprel 2026 10:23
AQİL ABBASIN RƏMİŞİ və RƏMİŞİN AQİL ABBASI - RASİM MÜZƏFFƏRLİ yazır
01 Aprel 2026 17:47
İstanbulda Əhməd bəy Ağaoğluna həsr olunan kitabın təqdimatı keçirilib
01 Aprel 2026 15:24


Bakı -°C

