Məleykə Abbaszadə valideynlərə müraciət edib
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərə müraciət edib.
Adalet.az xəbər verir ki, sədr yeni növ imtahanlarla bağlı DİM-in rəsmi saytından, "Abituriyent" jurnalından və qurumun sosial şəbəkə hesabından məlumat almağı tövsiyə edib.
"Yeni növ imtahanlar iştirakçılar üçün yeni olmayacaq. Onlar 11 ildir ki, yeni tədris mühitində işləyirlər. İmtahanların keçirilməsi 11 il bundan əvvəl qəbul olunan qərarın nəticəsidir".
M.Abbaszdə əvvəlki illərin məzunlarının yeni imtahanlarda iştirak məsələsinə də aydınlıq gətirib. "Hər il imtahanların əsas tərkib hissəsini həmin ilin məzunları təşkil edir. İştirakçıların 60 faizdən çoxu, müəyyən illərdə 70 faizə qədəri həmin ilin məzunları olur. Əvvəlki illərin məzunları bu prosesə qatılmaq istəyirsə, həmin ilin tələblərinə uyğunlaşmalıdırlar. Onlar həm birinci mərhələdə (buraxılış imtahanı), həm də ikinci mərhələdə (qəbul imtahanı) iştirak etməlidirlər. Elə məzunlar var ki, onlar qabiliyyət tələb edən və ya orta ixtisas məktəblərinə, kolleclərə sənəd verirlər. Onlar üçün birinci mərhələdə iştirak etmək kifayətdir. Həmin ballarla qabiliyyət tələb edən ixtisaslara sənəd verə və ya orta ixtisas müəssisələrinə qəbul oluna bilərlər".
Digər Xəbərlər
29 Aprel 2024 12:38
Bazar günü imtahan olacaq
28 Aprel 2024 09:00Magistraturaya II cəhd qəbul imtahanı KEÇİRİLƏCƏK
27 Aprel 2024 17:44Azərbaycanda müəllim vəfat edib - FOTO
26 Aprel 2024 11:23Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12