Məktəbəhazırlıq müəllimləri imtahan verəcəklər
Dekabrın 8-də ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər aparan ibtidai sinif müəllimləri üçün yekun qiymətləndirmə keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Adalet.az-a bildirilib ki, imtahanda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən təşkil olunmuş ixtisasartırma təlimlərini başa vuran 875 ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulub.
İmtahanda iştirak etmiş müəllimlərə dövlət nümunəli ixtisasartırma setifikatları təqdim olunacaq.
"Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimlər Təhsil Nazirliyinin sifarişi ilə "Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən keçirilib. Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçən müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdan ibarətdir.
Qeyd edək ki, 2018-2019-cu tədris ilində paytaxt məktəblərinin məktəbəhazırlıq qruplarında məşğələlər aparan müəllimlər üçün mentor xidmətindən yararlanmaq imkanı yaradılıb. Xüsusi hazırlıq keçmiş mentorlar müəllimlərə elmi-metodik və təcrübi dəstək göstərmək və qrup müzakirələri təşkil etmək üçün müəyyən olunublar.
Digər Xəbərlər
28 Aprel 2024 09:00
Magistraturaya II cəhd qəbul imtahanı KEÇİRİLƏCƏK
27 Aprel 2024 17:44Azərbaycanda müəllim vəfat edib - FOTO
26 Aprel 2024 11:23Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb
26 Aprel 2024 09:55