adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Oktyabr 2017 14:26
13602
MƏMLƏKƏT

MƏKTƏBDƏ BUDDA KEÇİLSİNMİ, KEÇİLMƏSİNMİ?!

Neçənci sinifdəsə şagirdlərə müxtəlif dinlər haqqında məlumat xarakterli dərslər keçirilir: islam, xristianlıq, yəhudilik və buddizm.Burda da heç bir pis şey yoxdu. Məsələ nədi?

Baxıram ki, bəzi ziyalılar şagirdlərə Budda haqqında məlumatverilməsinə, dərs keçilməsinə etiraz edirlər. Və tələb edirlər ki, dərslikdən Budda çıxarılsın. Niyə?Əvvəla, dünyada bütün dinlər xoşməramlıdı, eləcə də Budda. Niyə xristianlığı, yəhudiliyi,islamı tərifləmək, onların xoşməramlı olduğunuşagirdlərə aşılamaq olar, buddizmiyox? Niyə şagirdlər dünya əhalisinin1/3-nin sitayiş etdiyi buddizm haqqındaməlumatsız qalsınlar?

Bir türk taprixçi alimi (gərək ki Yusuf Halaçoğlu idi)buddalar haqqında çox qəribə bir açıqlama vermişdi. Dünyada 124 min peyğəmbər olub,onlardan yalnız 34-mü, ya da 36-nınmı adıbizə məlumdu. Rəqəmi dəqiq bilmədiyimiə görəüzr istəyirəm, bəs digərləri?

Tarixçi aliminaçıqlamasına görə, buddalar da həmin xalqlara göndərilmiş peyğəmbərlərdilər. Onlar rəhmətə gedəndən sonrainsanlar həmin peyğəmbərlərin heykəllərini yonmuşlar və onlara sityaiş etmişlər. Nə qədər həqiqətdi,təbii ki, təkcə Yaradan bilir.

Yəni ayrı-seçkilik salmaq lazım deyil.