Meksikada musiqi festivalı zamanı atışma: Ölən var
Meksikanın Playa-del-Karmen kurort şəhərində BPM musiqili festival zamanı ən azı beş nəfər ölüb.
Adalet.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Şahidlərin sözlərinə görə, ölənlərin sayı 12-yə çata bilər. Xəsarət alanların sayı dəqiq məlum deyil.
İlkin məlumata görə, baş verənlər terror aktı deyil. KİV-in məlumatına görə, ən azı səkkiz atəş səsi qeydə alınıb.