adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 May 2023 13:25
756
MƏMLƏKƏT

Mehriban Zeynalova: “Ailə qazanc əldə etmək üçün hər gün işdə olanda...”

“Məsələ ondadır ki, sosial şəbəkədən istifadə çox geniş yayılıb və bu, uşaqlar üçün əlçatandır. Valideyn isə hər dəqiqə buna nəzarət edə bilmir. Uşaqlar orda özlərini daha rahat hiss edirlər. Bu təkcə valideyn yox, ətraf və imkanlar məsələsidir”

Bunu Adalet.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Tovuzda 13 yaşlı qızın qaçması haqda danışarkən deyib. M.Zeynalova burda təkcə valideynləri ittiham etməyin doğru olmadığını bildirib:

“Uşaq üçün orda ətraf cəlbedici təkliflər verir. Ola bilir ki, nə uşağın, nə də valideynin bu imkanlar barədə məlumatı olmur. Belə məsələlərdə o mühiti öyrənmək lazımdır. Ətrafdakılar kimdir, ailənin özünün maddi durumu necədir, bütün günü işdədirmi? Ümumiyyətlə, telefonu da zərərli vərdişlər sırasına daxil etmək lazımdır. Narkotika kimi telefon asılılığı da ağır fəsadlar gətirir. Bu da zərərli vərdişlərdən biridir və bundan qorunmaq üçün bir proqram yaratmaq lazımdır. Yerlərdə bələdiyyələr, icra nümayəndəlikləri buna dəstək verə bilər. Valideyn əksər vaxt görürsünüz ki, ailəsinin rifahını yaxşılaşdırmaq üçün qazanc əldə etməyə çalışır. Onda da uşaq nəzarətsiz qalır. Ailə hər gün işdədirsə, onda biz onu ittiham edə bilmirik”. 

Vasif Əlihüseyn