adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
31 Iyul 2020 09:17
13787
GÜNDƏM

Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Adalet.az-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilənpaylaşımdadeyilir:

"Əziz həmvətənlərim!

Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!"