Məhkəmədən Əli Kərimli barədə QƏRAR

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.
Adalet.az xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, Əli Kərimli 1500 manat məblığində cərimə olunub.
AXCP sədri qərardan apellyasiya şikayəti verəcəyini bildirib.
Qeyd edək ki, partiyanın sabiq Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Aydın Əliyev 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb.APA
Digər Xəbərlər

MƏHKƏMƏ: Kəlbəcərin işğalı zamanı mülki əhalinin atəşə tutulması ilə bağlı ifadələr dinlənilib

"Mahir ay brat" azadlığa buraxıldı

Ermənistanın işğal zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənildi

KTN-nin vəzifəli şəxslərinin məhkəmələri başlayır

"Səfərov qardaşları postravmatik və posthemorrogik şokdan vəfat ediblər" - Müstəntiq

"Rusiyanın aidiyyəti qurumlarına tapşırıq göndərmişik" - Nemət Əvəzov

"Baş Prokurorluq olaraq vəzifə borcumuzdur ki, bunu araşdıraq" - İlqar Səfərov
