Məhkəmə sədrlərinin maaşları artırıldı
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Məhkəmələr və hakimlər haqqında" qanunda dəyişiklik edilib.
Adalet.az xəbər verir ki, qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə 2280 manat həcmində maaş veriləcək. İndiyədək bu rəqəm 2070 olub.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, yəni 2052 manat maaş veriləcək.
Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində, 1 824 manat əmək haqqı veriləcək.
Digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində, yəni 1 596 manat maaş nəzərdə tutulur.
Bütün məhkəmələrin sədr müavinləri müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində, yəni 1436 manat maaş alacaq.
Xatırladaq ki, Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində, bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilib.
Dəyişiklik səsverməyə çıxarılaraq qəbul olunub.
Digər Xəbərlər
27 Aprel 2024 12:57
Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmə: “Dövlət orqanlarına da girib hər kəsi güllələmək istəyirdim”
26 Aprel 2024 15:43Kamran Əliyev Ağdaşda vətəndaşları qəbul edib
26 Aprel 2024 15:33Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı
26 Aprel 2024 13:19Vəkil: Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır
25 Aprel 2024 12:32