Məhkəmə proseslərinin keyfiyyəti artırılacaq
Azərbaycanda məhkəmə proseslərinin keyfiyyəti artırılacaq. Bu, "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.
Sənədlə 2017-2018-ci illərdə məhkəmə prosesinə ara və ya möhlət verilməsi üzrə maksimum sayının qanunvericilikdə təsbit edilməsi, iddiaların elektron surətdə ("electronic case management tools") vəkillər və hakimlər tərəfindən əldə olunmasının təmin edilməsi, məhkəmə xərclərinin elektron olaraq ödənilməsinin təmin edilməsi və məhkəmə sistemi üzrə könüllü barışdırma ("voluntary mediation /conciliation") və arbitraj prosedurlarının təkmilləşdirilməsi nəzərdə tutulub.
Qeyd olunan məsələlərin icrası Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə tapşırılıb.
Digər Xəbərlər
27 Aprel 2024 12:57
Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmə: “Dövlət orqanlarına da girib hər kəsi güllələmək istəyirdim”
26 Aprel 2024 15:43Kamran Əliyev Ağdaşda vətəndaşları qəbul edib
26 Aprel 2024 15:33Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı
26 Aprel 2024 13:19Vəkil: Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır
25 Aprel 2024 12:32