Məhkəmə Məmməd İbrahimliyə rədd cavabı verdi
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Adalet.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Belə ki, Apellyasiya şikayəti təmin edilməyib, həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə M. İbrahimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.
Onların evində axtarış aparıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıblar.
Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimlinin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.
Xatırladaq ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Digər Xəbərlər
05 Dekabr 2025 19:40
Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib
05 Dekabr 2025 16:09
Məhkəmə Əli Kərimli ilə bağlı qərar verdi
03 Dekabr 2025 16:52
Altay Göyüşovla bağlı istintaq yekunlaşdı
03 Dekabr 2025 15:39
Baş Prokurorluqdan müraciət - Məlumatlarınızı tanımadığnız şəxslərə verməyin!
02 Dekabr 2025 17:41
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi
01 Dekabr 2025 20:10
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənildi
01 Dekabr 2025 14:50
Məhkəmə Əli Kərimli ilə bağlı həbs qərarı verdi
28 Noyabr 2025 14:42


Bakı -°C

