adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Dekabr 2014 16:34
3955
MƏMLƏKƏT

Məhəmməd Peyğəmbərin vəfatının ildönümü keçirildi

Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Həzrəti Məhəmməd Peyğəmbərinvəfatının ildönümü ilə bağlı tədbir keçirilib.

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə,İranın ali liderinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejat,İranın Azərbaycandakı səfiri, Türkiyənin Azərbaycandakı səfirliyinin dinimüşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr mavini Gündüzİsmayılov və din xadimlərinin iştirak etdiyi tədbir Qurani Kərimdən ayələrinoxunması ilə başlayıb.

Çıxış edən Allahşükür Paşazadə bildirib ki, Həzrəti Məhəmməd (s) böyükşəxsiyyətdir və onun dünyaya gəlişi ilə dünyanın ən mükəmməl dini İslam diniAllah-təala tərəfindən insanlara bəxş olunub: "Peyğəmbəri yada salmaq üçün onundediklərinə daim əməl etmək lazımdır”. Şeyxülislam bu gün İslama ləkə gətirməyəçalışanlardan danışaraq, müsəlmanları Həzrəti Məhəmmədə sadiq qalaraq bir-birinəmehriban olmağa çağırıb.

Digər çıxış edənlər də Məhəmməd Peyğəmbərin bəşər tarixindəki rolundandanışaraq, onu yad ediblər.