Medianın İnkişafı Agentliyi Rusiyaya başsağlığı verib
Martın 24-də Rusiya Federasiyasının media subyektlərinin əməkdaşları – “İzvestiya” qəzetinin hərbi müxbiri Аleksandr Fedorçak, “Zvezda” telekanalının operatoru Аndrey Panov və çəkiliş qrupunun sürücüsü Аleksandr Sirkeli həlak olub, “Zvezda” telekanalının müxbiri Nikita Qoldin isə ağır yaralanıb.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Rusiya Federasiyasının media nümayəndələrinin həlakı ilə əlaqədar başsağlığı verib.
Adalet.az xəbər verir ki, başsağlığı mətnində qeyd olunub:
"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi baş vermiş hadisədən kədərləndiyini bildirir, vəzifə borclarını yerinə yetirərkən həyatını itirmiş media nümayəndələrinin yaxınlarına, Rusiyanın media ictimaiyyətinə başsağlığı verir və yaralanmış jurnalistin tezliklə sağalmasını arzulayır.
Bildiririk ki, münaqişə zonalarında çalışan jurnalistlərin təhlükəsizliyinin təmin olunması mühüm şərtdir.
Xatırladaq ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan mediası da dəfələrlə bu kimi itkilərə məruz qalmışdır. Belə ki, 1991-ci ildə “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərovanın qətlə yetirilməsindən başlamış 2021-ci ildə Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin basdırdığı tank əleyhinə minaya düşərək həyatlarını itirmiş Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun həlak olmasına qədər Azərbaycan mediası çoxsaylı qurbanlar vermişdir.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi jurnalistlərin harada çalışmasından asılı olmayaraq, xüsusən də qaynar münaqişə zonalarında təhlükəsiz şəraitdə informasiya almaları üçün lazımi mühitin yaradılmasını vacib hesab edir”.
Digər Xəbərlər
01 Yanvar 2026 13:06
Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb
29 Dekabr 2025 15:43
MEDİA bu saytlara və qəzetlərə pul ayırdı - FOTO
29 Dekabr 2025 14:04
Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır
24 Dekabr 2025 16:17
“Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR
24 Dekabr 2025 16:11
Cihangir İşbilir tətlif edildi
23 Dekabr 2025 16:06
“Bakcell”in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub - FOTOLAR
22 Dekabr 2025 17:17
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır!
22 Dekabr 2025 16:23


Bakı -°C

