adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Dekabr 2018 12:33
10692
MƏMLƏKƏT

“Mədəniyyət.AZ”ın Cümhuriyyətin 100 illiyinə töhfəsi

Mədəniyyət.AZ jurnalının kollektivibaşa çatmaqda olan 2018-ci ilin ən önəmli hadisələrindən birini –Respublikamızın 100 yaşının qeyd olunması səbəbini xüsusi mərasimlə qeyd etdi. Medeniyyet.infoxəbər verir ki, dekabrın 24-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Prezidentİlham Əliyevin 16 may 2017-ci il tarixində imzaladığı "Azərbaycan XalqCümhuriyyətinin (AXC) 100 illik yubileyi haqqında” Sərəncamdan irəli gələrəkərsəyə gətirdiyi "Mədəniyyət.AZ” jurnalınınxüsusi buraxılışının təqdimatına həsr edilmiş tədbir keçirildi.

Tanınmış media və mədəniyyətxadimlərinin iştirak etdiyi təqdimat mərasimində çıxış edən AzərbaycanYazıçılar Birliyinin katibi Rəşad Məcid öz çıxışında dərginin media məkanındakıözgün yerindən və haqqında danışılan nömrənin əhəmiyyətindən, əhatə olunanmövzuların Cümhuriyyətimizin təşəkkül dövrünü çox aydın əks etdirdiyinivurğuladı.

Azərbaycanın əməkdarincəsənət xadimi, sənətşünaslıq doktoru, professor, "Mədəniyyət” kanalının direktormüavini İlham Rəhimli nəşrin ümumi önəmi fonunda AXC-nin 100 illiyinə həsredilmiş buraxılışı cümhuriyyət aşiqlərinə, başqa sözlə, hər bir azərbaycanlıyabayram hədiyyəsi, ən dəyərli töhfələrdən biri adlandırdı.


Mətbuat Şurasınınsədri, Milli Məclisin deputatı Əflatun Amaşov özünü peşəkar sayan, və yapeşəkarlığa can atan hər bir media işçisinin, eləcə də elm, mədəniyyətxadiminin daim müraciət edəcəyi, araşdırmağa ehtiyac duyacağı mövzulardan birioldunu dedi. Mətbuat Şurasının sədri olaraq o, nəşrin sanbalına sadiqqaldıqlarına görə kollektivə təşəkkürünü bildirib, yeni uğurlar arzuladı.

Jurnalın başredaktoru filologiya üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi ZöhrəƏliyeva Mədəniyyət Nazirliyinin media orqanlarından biri olan və 2015-ci ildən"Mədəniyyət.AZ” adı ilə nəşr edilən jurnalın böyük tarixə malik olduğunu dedivə rəhbərlik etdiyi kollektivin hər zaman mükəmməlliyə can atdığını qeydetdi.

Türkiyənin Azərbaycandakı səfirliyininmədəniyyət və tantma müşaviri İrfan Ciftçi Məhəmməd Əmin Rəsulzadə irsinin,dövlətçilik ənənələrinin qorunub-saxlanması və daha da inkişaf etdirilməsiistiqamətində bu gün böyük nailiyyətlər əldə etməkdə olan Azərbaycan mediasında"Mədəniyyət.AZ” kimi dərginin mövcudluğu hər bir tərəqqipərvər şəxsi yalnızsevindirə bilər.


M.Ə.Rəsulzadənin nəvəsi, AzərbaycanRespublikasının əməkdar rəssamı Rəis Rəsulzadə Cümhuriyyət dəyərlərini yüksəktutan, xüsusi buraxılışın hazırlanmasında başda baş redaktor Zöhrə Əliyevaolmaqla əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

Tədbir boyunca AMEA Ədəbiyyatİnstitutunun direktor müavini, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, AzərbaycanRespublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Humanitar,ictimai elmlər və sənətşünaslıq şöbəsinin müdiri Asif Rüstəmli, filoloqAkif Azalp, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Lətifə Məmmədova, teleaparıcıİlhamiyyə Rzayeva, Jurnalistlərin Həmkarlar İttifaqlarının sədri MüşfiqƏləsgərli, yazıçı-tədqiqatçı Əfqan Vəliyev Cümhuriyyət aliliyinin daha birbayram gününü onlara yaşatdıqlarına görə jurnalın heyətinə təşəkkürlərini ifadəetdilər.

Çıxışçıların hər biri dekabrın 24-ütarixinin həm də Prezident İlham Əliyevin doğum günü kimi bir önəm daşıdığınıqeyd edərək ölkə başçısına can sağlığı və uğurlar arzuladı.

Tədbir muğam üçlüyünün çıxışı ilə davametdi.