Mədəniyyət və Turizm Nazirliyi hesabat verdi

Mədəniyyət və Turizm Nazirliyinin aparat işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə kollegiya iclası keçirilib.
Əvvəlcə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə il ərzində fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət işçilərinə ali mükafatlar təqdim edilib.
Kollegiyanın gündəliyi təsdiqləndikdən sonra nazir Əbülfəs Qarayev geniş məruzə ilə çıxış edib. Nazir cari ildə ölkəmizdə keçirilmiş möhtəşəm mədəniyyət tədbirlərindən, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açıb.
Cari ilin Azərbaycan mədəniyyəti üçün uğurla başa çatdığını diqqətə çatdıran nazir bildirib ki, Azərbaycan 2014-cü ildə dünya əhəmiyyətli bir neçə möhtəşəm tədbirə ev sahibliyi edib. Bu tədbirlər sırasında mədəniyyət tədbirləri xüsusi önəm daşıyır.
Ə.Qarayev Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səylərini xüsusi qeyd edib. Bildirib ki, Heydər Əliyev Fondu mədəni irsin, o cümlədən istər ölkəmizdə, istərsə də xaricdə tarixi və mədəniyyət abidələrinin qorunub saxlanılmasına və bərpa edilməsinə böyük diqqət yetirir.
Ə.Qarayev görülmüş işlər, əldə olunmuş uğurlarla yanaşı, mövcud problemlərdən də söz açıb.
Tədbirdə gündəlikdə duran məsələlər geniş müzakirə olunub.
Digər Xəbərlər

Alban-Udi Xristian icmasının din xadimləri TİKA-nın dəstəyi ilə Türkiyədə təlimdə iştirak edib – FOTOLAR

Fəxrəddin Manafov və İlham Qasımov Şuraya üzv təyin olundular

Yoxsulluq içində ölən rəssam: Əsərləri milyonlarla dollara satılır
