Məcburi sevgi cinayət sayılacaq - PARTİYALARIN NƏZƏRİNƏ

Azərbaycanda siyasi partiya üzvlüyünə məcbur etmə ilə bağlı cəzalar sərtləşdirilir. Milli Məclisdən Adalet.az-a verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 169.1 maddəsinə dəyişiklik müzakirəyə çıxarıla bilər.
Dəyişikliyə əsasən, siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etmə ilə bağlı cərimələr 5 min manatdan 10 manata qədər olacaq. Hazırda qüvvədə olan maddəyə görə bununla bağlı min manatdan 3 min manata qədər cərimə və ya 2 ilədək müddətə islah işləri, yaxud 2 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Dəyişiklik layihəsinin parlamentin növbəti iclaslarından birində müzakirəyə çıxarılması gözlənilir.
Digər Xəbərlər

Vardanyan yenidən zərərçəkmişlərlə üz-üzə

"Sputnik Azərbaycan"da saxlanılanlarla bağlı məhkəməyə təqdimat daxil olub

Azər Zahid ev dustaqlığına buraxıldı

Baş prokuror Yekaterinburq hadisələri ilə bağlı cinayət işi başlatdı

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdilər - FOTOLAR

Özünə polkovnik rütbəsi vermişdi, 10 il həbs olundu

Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı qeyd olunub
