adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Iyun 2019 17:26
9957
MƏMLƏKƏT

Məcburi köçkünlər istirahəti harda keçirəcək - SORĞU

İstilərelə həddə çatıb ki, hal-hazırda Azərbaycanın hər yerində cəhənnəm istisi var.Hamı yaxasını açıb rahat nəfəs almağa çalışır. Hər yer, hər şey od tutub yanır.Bazarlardakı qiymətlər də...

Hər kəsyay tətilini necə keçirəcəyi ilə bağlı planlar qurur.

Deputatlar,məmurlar açıqlamalarında bildirirlər ki, tətillərini elə Azərbaycanda keçirəcəklər.Siz onların səmimiyyətinə inanmırsınız!? Mən inanıram! Cibində pulun olandansonra Fransanı da Azərbaycan kimi görürsən, Antalyanı da. Pulun hər yeri Vətənəçevirmək kimi gücü var.

Buaçıqlamalardan sonra istədim məcburi köçkünlərin yay tətilini necə keçirəcəyiilə maraqlanım. Axtardım, tapdım, soruşdum.

İndi isəsizə məcburi köçkünlərimizin yay tətili planlarını təqdim edirəm. Onların səmimiyyətinəinanıb-inanmamaq isə qalır sizin öhdənizə.


27 yaşlıOrxan Məmmədov planlarının çox olduğunu dedi:"Bu yayya Ukrayna, ya da Rusiyaya getmək fikrim var. Dostum keçən il getmişdi. Deyiroradakı qızlar ölür azərbaycanlı kişilər üçün, özləri adama yaxınlaşır. Ağızdolusu danışıb bitirə bilmir. Ona görə mən də bu yay bu iki ölkədən birinə getməkistəyirəm. Həm də orada biznesə başlamaq planım var. Bakıda özümə uyğun iş tapabilmirəm. Düz-əməlli pul qazanmaq olmur. Öz bağımda, bostanımda yetiştirdiyimmeyvə-tərəvəzi Bakıda satmağıma imkan vermirlər. Aparıb Rusiyada satacam elə. Təzəevlənmişəm. Həm işləyib anama, arvadıma pul göndərərəm, həm də kef edərəm”.


21 yaşlıElnur Orucov böyük ehtimal Gürcüstana gedəcəyini deyib:"Əslində yay istirahətimi tələbə yoldaşlarımla Qəbələdə keçirmək fikrimiz varidi, amma gördük ki, oradakı qiymətlər bizim "aşıb-daşan” büdcəmizə uyğun deyil.Ona görə böyük ehtimal Gürcüstana getmək fikrimiz var. Batumidəki otellərləmaraqlanmışıq, qiymətləri münasibdir. Həm də oranın dənizi Xəzərdən təmizdir.Gecə klublarında erməni görəndə dalaşmaq kimi fikirlərimiz də var. Ürəyimizdəntikan çıxardarıq bəlkə”.


23 yaşlıtələbə Aysel Bağırova isə gileylənib:"23 yaşım olub, hələ evdən bir dəfə də olsun ölkə xaricinə çıxmağıma icazə verməyiblər.Bu yay da yəqin Bakıda keçirəcəyik. Ən yaxşı halda 2-3 günlük Qubaya gedərikailəvi. Gözləyirəm evlənim, bəlkə gələcək həyat yoldaşım məni harasa aparar”.


Aynur Həbibova:"Mən buyay yaxşı "zaqar” almaq istəyirəm. Bu arzuma uyğun bütün məkanları araşdırdım.Havai adaları, Antalya, Bodrum, bəlkə Mayami. Məcburi köçkünlərə verilən "çörəkpulu”nu toplamışıq. Xeylax pul eləyib. Hara istəsək gedə bilərik. İndi görək dəharanı seçəcəyik. Nə var Azərbaycanda?!”.

Tətil planlarımın qarşısını alan bir problemimvar. Həyat yoldaşım bu il tətili ata torpağında keçirmək istəyir, yoxsa busadaladığım yerlərə getmək üçün başqa bir maneə yoxdur. Ona görə də bu yay KürdəmirinŞlyan kəndində gözəl istirahət planlaşdırmışıq. Həm də orada daha rahat "zaqar”ala biləcəm”.


Elnurİsmayılov:"Mən qərarvermişdim ki, gözüyumulu barmağımı xəritənin bir yerinə qoyum, hara düşsə, yaytətilimi də orada keçirim. Şuşa düşdü. Barmağımı kəsib tullamaq istədim. Şəhadətbarmağımın həqiqəti göstərməsini qəbullana bilmədim”.

Görünürelə ən bəxtəvər adamlar ermənilərdi. Qəşəycə oturublar Qarabağda, nə yaydaharasa getməyə ehtiyacları olur, nə qışda. Dörd mövsümün dördünü də Allahın yerüzündə yaratdığı cənnətdə keçirirlər. Amma əclaflar orada turist olduqlarınıunudublar.


Ordanbir stəkan İsa Bulağı suyu! Qaynar olsun!