adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Oktyabr 2019 13:05
12237
MƏMLƏKƏT

Məcburi köçkünlər gender məsələləri ilə bağlı maarifləndirilirlər

"Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi(İB) tərəfindən Qəbələdə "Hədəf icmalarda qadınların sosial həyatainteqrasiyası və cəmiyyətdə müəyyən qərarların alınmasında daha aktiv roloynaması” adlı layihənin icrası ilə əlaqədar təlimlər keçirilib. Layihə AzәrbaycanRespublikasının Prezidenti yanında Qeyri Hökumәt Tәşkilatlarına DövlәtDәstәyi Şurasının maliyyә yardımı ilәreallaşdırılır. Qeyd edək ki, təlimləroktyabrda Qəbələ Regional Gənclərin Resurs Mərkəzində 100 nəfər məcburi köçkün qadın və gənclərə gender məsələləri üzrəmaarifləndirilməyə həsr olunub.

Layihənin məqsədi Azərbaycan RespublikasıQəbələ rayonunda məskunlaşmış məcburi köçkün qadınların maarifləndirilməsi, ənaktiv qadınlara öz kiçik sahibkarlıq fəaliyyətlərini başlamağa imkan verəntexniki dəstəyi ilə təmin etməkdir.

Təşkilatın uğurla icra etdiyi genderbərabərliyi üzrə təlimlər, qadınlaramaliyyə cəhətdən daha müstəqil olmaq üçün texniki dəstəyingöstərilməsini nəzərdə tutan davamlı və uzunmüddətli bir prosesə daxil edilmiş,hədəf icmalarda gender savadsızlığı və maliyyə müstəqilliyinin olmamasınəticəsində yaranan başlıca problemlərindemək olar ki həllinə gətirib çıxarıb.