adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Noyabr 2019 18:54
65456
TEXNOLOGİYA

“Mastercard”ın rəsmi tərəfdaşı olduğu IV Bankçılıq Forumu keçirildi

6-7 noyabr tarixlərində AzərbaycanBanklar Assosiasiyasının təşkilatçılığı, "Mastercard”ın rəsmi tərəfdaşlığı vəAzərbaycan Respublikasının Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası,Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili,Kommunikasiya Mərkəzinin dəstəyi ilə ənənəvi "IV BEYNƏLXALQ BANKÇILIQ FORUMU –NAĞDSIZ İQTİSADİYYAT: DAYANIQLI BANKÇILIĞA DOĞRU” adlı Forum reallaşdırıldı.

"Mastercard”ın Azərbaycan üzrədirektoru Erdem Çakar forumda çıxış edərək şirkətin ölkədə həyata keçirdiyi ənson layihələr barədə məlumat verdi:”Bir neçə gün öncə İqtisad Universitetində"Smart tələbə kartı” adlı məhsulumuzu təqdim etdik. Yeni kart vasitəsilə tələbələrtəqaüdlərini alacaq, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərinihəyata keçirəcəklər. Regionlarda yaşayan valideynlər övladlarına rahatlıqlamaliyyə vəsaiti göndərə biləcək. Gələcəkdə "Smart tələbə kartı”nın əhatəimkanlarının daha da genişləndirilməsi nəzərdə tutulub. Növbəti illərdə bu kartınhəm də orta məktəb şagirdləri üçün tətbiqini dəplanlaşdırırıq. İnanırıq ki, "Smart tələbə kartı” layihəmiz gənc nəsilarasında nağdsız ödənişlərin stimullaşdırılmasına öz töhfəsini verəcək. "Mastercard”həmçinin bir çox ölkələrin nəqliyyatda ödənişsistemini Azərbaycana gətirməyi düşünür. Bu, yeni nəqliyyat kartı olacaq. Xidmətinəsas üstünlüyü ictimai nəqliyyatda gedişin bank kartı vasitəsilə ödənilməsidir.”

Hakan Tatlıcı– "Mastercard”ın inkişaf edən Avropa bazarlarında biznesin inkişafı və rəqəmsalödənişlər üzrə rəhbəri Forumda çıxışı zamanı Azərbaycanda rəqəmsal ödənişlər vətətbiq olunan ən son innovasiyalar barədəməlumat verdi:”Azərbaycanda kart ödənişlərində post terminalların payı 20% təşkiledir. Ümumi illik rəqəmsal ödəmələrin illik artımı isə 63%-dir. Son illər Azərbaycanda istifadəyə verdiyimiz innovativhəllərdən biri də "Masterpass”dır. Artıq "Hesab.az” və "E-pul” onlayn ödənişsistemləri bu həlldən yararlanır. Yeni həllə əsasən, istifadəçilər artıq heçbir kart məlumatı daxil etmədən, onlayn ödənişlərini rahatlıqla reallaşdırabilirlər.”

Qeyd edək ki, IV BeynəlxalqBankçılıq Forumu 29 oktyabr – 08 noyabr 2019-cu il tarixlərini əhatə edən"Nağdsız cəmiyyət günləri” çərçivəsində baş tutdu.