adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 Iyun 2019 16:08
39661
TEXNOLOGİYA

“Mastercard” araşdırma nəticələrini açıqladı

 Futbolun infrastruktura,innovasiya və iqtisadiyyata göstərdiyi dəstək nəticəsində 50 il ərzində futbolstadionlarının ətrafında şəhərlər formalaşmağa başlayacaq.

·Avropada mövcud futbolstadionları yerləşdikləri şəhərlərin büdcələrinə orta hesabla 585 milyon avro gəlirgətirirlər.

·Çempionlar Liqasınınfinalının keçirildiyi şəhərlərdə final günü pul köçürmələrinin sayı 2 dəfəartır.

·Hər 5 respondentdən 1-ifikirləşir ki, futbol cəmiyyətin birliyi üçün dindən daha effektivdir.

"Mastercard”ın sifarişi ilə Avropadayeni tikilmiş və yaxud inşası davam edən stadionların yerləşdiyi şəhərlərdəsorğular keçirdilib. Araşdırmada stadionlara yaxın ərazilərdə yaşayan 2minnəfər Avropa sakini iştirak edib.

Sorğu nəticələri göstərir ki, stadionlaryerləşdikləri şəhərlərə böyük miqdarda investisiya cəlb edirlər. Hər yenistadion şəhər büdcəsinə orta hesabla 585 milyon avro gəlir gətirməklə, şəhərininfrastrukturunun yaxşılaşdırılmasında və məşğulluq səviyyəsinin artmasındaəvəzsiz rol oynayır.

Araşdırma nəticəsində həmçinin bəlliolub ki, təxminən 2060-cı ilə qədər Avropada stadionların ətrafında 200minsakini olan xüsusi ağıllı şəhərlər formalaşacaq. Futbol şəhərinin mərkəzində ənson texnoloji nailiyyətlərdən istifadə olunmaqla tikilmiş 800 milyon avrodəyərində stadion yerləşəcək. Şəhərin öz nəqliyyat sistemi, məktəb vəxəstəxanaları və hətta polis qüvvələri olacaq. Yaxın 50 il ərzində ilk futbolşəhərinin Avropanın böyük şəhərlərinin birinin hava limanından 80 km məsafədə, ucqarərazidə inşa olunacağı planlaşdırılır. Ərazi məkanın genişliyi və komandanınneytrallığına əsasən seçiləcək.Bu şəhər varlı investorların hesabınaformalaşdırılacaq.

Mütəxəssislər son illərreallaşdırılan bir neçə layihəni də buna misal çəkiblər. Məsələn, "Mançester Siti”ninfutbol akademiyasında 600 yeni bina inşa edilib. Yaxud "Emirat Arsenal”stadionunun ərazisində 3min yeni bina inşa edilib ki, bunların da 40%-i münasibqiymətlərə təklif olunub.

Yeni araşdırma həmçinin futboluninsanlar arasında birlik hissini formalaşdırdığını da üzə çıxardıb. Futbolstadionun yaxınlığında yaşayan hər 5 respondentdən 1-i (17%) bildirib ki, o,özünü qonşuları ilə vəhdətdə hiss edir və bunun başlıca səbəbi futboldur.

21% respondent isə düşünür ki,futbol yerli kafedə müzakirə etmək üçün bir nömrəli mövzudur.

Araşdırma haqqında daha ətraflıməlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://newsroom.mastercard.com/eu/tr/?p=29092