Masazırda “BMW” yandı - Ölən var - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
FHN-dən Adalet.az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı “BMW” və “HYUNDAİ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və nəticədə “BMW”markalı minik avtomobilində yanğın yarandığı müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Digər avtomobil yanğından mühafizə olunub.
***
08:59
Abşeron rayonu, Masazır qəsəbəsində avtomobil yanıb.
Adalet.az “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.
Belə ki, “BMW” markalı minik avtomobili anidən alovlanıb. Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb.
Aparılan tibbi müdaxilələrə baxmayaraq, Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
24 Yanvar 2026 18:26
Təmir zamanı avtobusun altında qalan kişi belə xilas edildi - VİDEO
24 Yanvar 2026 18:21
Həmin fotodakı İlham Quliyev vəfat etdi
24 Yanvar 2026 09:13
Azərbaycan-İran dövlət sərhədində PUA zərərsizləşdirildi - FOTOLAR
23 Yanvar 2026 11:53


Bakı -°C

