adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Sentyabr 2015 13:23
4051
DÜNYA

Maradona Roma Papasına minnətçi düşdü

Argentina millisinin keçmiş futbolçusu və baş məşqçisi Dieqo Maradona toya hazırlaşır. 54 yaşlı Maradona özündən 30 yaş kiçik 24 yaşlı qızla evlənir. Toy dekabrın 13-də Romada keçiriləcək. 

Maradona bu qız xatirinə 25 illik həyat yoldaşı Klaudiya Vilyafanyadan boşanıb. Əvvəlcə boşanma səbəbi kimi keçmiş həyat yoldaşını oğurluqda ittiham etmişdi. Maradona öz hesabından 8,8 milyon dolların itməsində birinci xanımını günahlandırırdı. 

Maradona yeni evliliyinə Roma Papasının xeyir-duası ilə başlamaq istəyir. Yəni, kəbini Roma Papası kəsəcək. Belə ki,  Roma Papası da argentinalıdır. Üstəlik, futbol azarkeşidir. Uzun illərdir Argentinanın "San-Lorenso" futbol klubunun azarkeşidir.