adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Yanvar 2017 15:07
9340
İDMAN

Maradona “Napoli”yə qayıdır

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona məşqçilik karyerasını bərba edir.

Adalet.az-ın xəbərinə görə, o, bir vaxtlar futbolçu kimi çıxış etdiyi "Napoli”nin baş məşqçisi olacaq.

Bu barədə Maradona özü İtaliya mətbuatına açıqlama verib: "Napolilərlə aramda ata-oğul münasibəti var. 30 illik fasilədən sonra Napoliyə ilk dəfə gəldiyim günün həyəcanını hiss edirəm. Bu klubu çalışdırmaq dünyada istədiyim ən önəmli şeydir. Məqsədim komandanı toparlayaraq, "Yuventus", "Milan", "İnter" və "Roma" kimi klublarla başabaş mübarizə aparmaqdı".

Qeyd edək ki, D.Maradona 1984-1991-ci illərdə futbolçu kimi "Napoli"də çıxış edib. Beş ildir işsiz olan 56 yaşlı Maradona son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Əl Vasl” klubunu çalışdırıb.