"Mançester Yunayted" İspaniya klubunun futbolçusu ilə maraqlanır

İngiltərənin "Mançester Yunayted" klubu İspaniya təmsilçisi "Real"ın futbolçusu Rodriqo ilə maraqlanır.
Adalet.az "Diario SPORT"a istinadən xəbər verir ki, braziliyalı hücumçu komandaya yeni baş məşqçi Ruben Amorimin gəlişindən sonra ilk transfer hədəflərindən biri ola bilər.
Rodriqonun "Real"dakı durumundan narazı olduğu bildirilir.
Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 110 milyon avrodur.
Digər Xəbərlər

Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı PAYLAŞIM

“Neftçi”nin şikayəti təmin edilmədi

"Arnold" 1 ay oynaya bilməyəcək

Azərbaycan Kubokunun finalı bu stadionda olacaq

"Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir"

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı
