adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Avqust 2018 13:28
13842
GÜNDƏM

Manatımız tam üzməyə hazırdırmı?

Xəbəriniz var yəqin ki. Azərbaycan2020-ci ildə tam üzən məzənnəyə keçəcək. Artıq bununla bağlı hökumət səviyyəsindəiş aparılır. Cəmiyyətdə isə ciddi sual yaranıb. Manat üzməyə başladığı dövrdəolan pul kütləsinin azalması müşahidə olunmaqdadır. Tam üzən məzənnəyə keçidbizə nə verəcək? İqtisadçılar məsələyə münasibət bildirir. 

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, hökumətin üzən məzənnəyə keçmək istəyibaşa düşüləndir və gələcəkdəmaliyyə sabitliyinin əsasqarantlarında biri ola bilər. Baxmayaraq ki, MərkəziBank dekabrın 21-dən sonra üzən məzənnəyəkeçidi elan edib, proseslər göstərdiki, baş bankımız yumşaq desək, buna nail ola bilməyib.Çünki dolların manata qarşı məzənnəsinitələb və təklifinsəviyyəsiyox, Neft Fondu və MərkəziBankın valyuta ehtiyatları, eyni zamandaikincini inzibati müdaxilələri müəyyənləşdirir.

Belə olmasaydı, Mərkəzi Bankın valyuta ehtiyatları üzən məzənnəyə keçiddən sonra 5 milyardan 4 milyarda qədər azalmazdı. Üzən məzənnəyə keçdikdən sonra Mərkəzi Bank bazara 1 milyarddan çox dollar satıb. Sonuncu dəfə sentyabrda 100 milyon dollarsatıb. Neft Fondunun 2016-cı ildə satışı isə 4,6 milyard dollardan çox olub”.

Keçid mümkün deyil?

S. Əliyev vurğulayıb ki, Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil: "Azərbaycan iqtisadiyyatının mövcud durumu ölkəni neftdən kənar dollarla təmin edəcək durumda deyil. Ölkəyəəsasən 3 mənbədən valyuta gəlir. Neft Fondu, Mərkəzi Bank və SOCAR. Neft Fondu valyuta bazarına ayda300-400 milyon dollar (bəzi hallarda daha çox) töhfə verir. SOCAR nəinki əldə etdiyi dolları bazara yönəltmir, həttabazardan dollar alışı (istiqraz və xarici borc öhdəlikləri) həyatakeçirir. Mərkəzi Bank isə valyuta ehtiyatları kəskin azaldıqdan sonra (hazırda2008-ci il səviyyəsindədir) bazarda "oyunçu”funksiyasını hərrac təşkilatçısı funksiyası ilə dəyişib. Digər mənbələr valyuta bazarına təsir etməkiqtidarında deyil. Ölkədə dollar əmanətlərinin ucuz olması bankları xaricdən resurs cəlb etməyə maraqlı etmir. Deməli, ölkənin valyuta bazarı hazırda ancaq Neft Fondundanasılıdır. Hesablamalarımıza görə, aylıq valyuta kəsirimiz təxminən 300-400 milyon dollararalığında dəyişir. Həmin kəsiri örtmək üçün ya devalvasiya gedilməlidir, ya Neft Fondu satışıartırmalıdır, ya da ixracı artırmalıyıq (idxalı azaltmalıyıq). Bu ona bənzəyir ki, ürəyi qanla təmin edən damarların yalnız biri tam işləyir, biri natamam işləyir, digərləri isə tam tutulub.

Bu günhiss olunur hökumətin əsas fikri daxili istehsalın artımıhesabına idxalı məhdudlaşdırmaqdır.Bu, əlbəttə kapital axının azaldılması və daxili bazarındaxaricdənasılılığının azaldıması baxımından yaxşı fikirdir. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan kimi kiçik bazarlara malik ölkələrdə idxalı əvəzləmə siyasəti müəyyən həddə qədər səmərə verir. Ona görə də bizim yolumuz daha çox ixracı gücləndirmək olmalıdır. Bunun üçün keyfiyyət və qiymət amili nəzərdə qaçırılmamalıdır”.

Manatın məzənnəsi qeyri sabit olacaq

Onun sözlərinə görə, tam üzənməzənnəyə keçidin narahatçılığı təkcə manatın ucuzlaşması iləbağlı deyil, üzən məzənnə həm dəmanatın məzənnəsininqeyri-sabit olması deməkdir: "Ölkəiqtisadiyyatının diversifiksiya səviyyəsinə qədəraşağı olsa manatın məzənnəsininoynaması bir o qədər kəskinolacaq. Bu isə biznes üçün təhlükə, əhali üçün sosial gərginlik yarada bilər.

Tam üzənməzənnəyə keçid zamanı manatın məzənnəsinin nəqədər olması ilə bağlı suallara gəlincə, onu deyə bilərəm ki, bu sahədəsəsləndirilənistənilən rəqəm əsaslandırılması mümkün olmamaqlayanaşı reallıqdan uzaqdır. Tam üzən məzənnəyəkeçən zaman manatın hansı həddə qədərucuzlaşacağını demək çox çətindir. Bu, hansısafutbol oyununda qapılara nə qədər top vurulacağı iləbağlı yox, nə qədəraut və künc zərbəsiolacağı ilə bağlı verilmiş proqnoza bənzəyir. Çünki burda təkcə tədiyyəbalansının mövcud durumu rol oynamır. Əhalinin psixolojivəziyyəti, iqtisadiyyatın dollarlaşmasəviyyəsi, hökumətindavranışı, kapital axınının səviyyəsidə təsir edir. Bircəməsələaydındır ki, tam üzən məzənnəyə keçid növbətikəskin devalvasiya olmaqla yanaşı manatı ucuzlaşdıracaq.Bu ucuzlaşmanın hansı həddə qədər olacağını isə zaman göstərəcək”.

İqtisadçı ekspert Pərviz Heydərov dabildirir ki, manat tam üzən məzənnərejiminə hazır deyil: "Xatırladım ki,2015-ci ildə 2 dəfə devalvasiya hadisəsi baş verdikdən sonra Mərkəzi Bankmanatın üzən məzənnə rejiminə buraxıldığını elan etdi. Manatın dollara nisbətdəkikursu bundan yalnız 2 il sonra, yəni 2017-ci ildə sabitləşdi. Belə ki, keçən ilin yanvar və fevralayının birinci yarısında manata nisbətdə möhkəmlənənABŞdolları fevral ayının ikinciyarısından etibarən bir az ucuzlamağa başladı. 2016-cı ilin sonunaABŞdollarının manata qarşı məzənnəsi əgər,1.7707 azn səviyyəsinə bərabər idisə, keçən ilin fevralın 2-də o, özünün dövrüzrə maksimum həddinə - 1.9200 azn-ə qalxdı. Sentyabrın 27-si tarixində isəminimum həddə - 1.7002 azn-ə endi".

Ekspert onu da vurğulayıb ki, ümumiyyətlə, 2017-ci ildə milli valyutamız möhkəmlənməyə,yəni bahalaşmağa başladı ki, buna da həm neftin dünya bazarlarında qiymətlərinin2016-cı ilin ikinci yarısından etibarən sabitləşməyə başlaması, 2017-ci ilinilin yanvar ayından iqtisadi tənəzzüldə dönüşün yaranması, idxalın məhdudlaşmasıvə ölkədən kənara valyuta axınına nəzarətin gücləndirilməsi tədbirlərinineffekt verməyə başlaması, o cümlədən, valyuta bazarımızda mübadilə qaydalarınındəyişdirilməsi, xüsusən də "qara bazarın" və ümumiyyətlə,spekulyasıya elementlərini aradan qaldırmaq məqsədilə banklar üçün müəyyənedilmiş -/+ 4 %-lik marjanın ləğvi səbəb oldu.


Onun sözlərinə görə, manat valyuta bazarında faktiki olaraq AMB tərəfindən idarəolunur: "Bu da onu sübut edir ki, milli valyutamız olan manatı digər ölkələrdəolduğu kimi, tam üzən məzənnə rejiminə buraxmaq real olaraq mümkün deyil. Çünkimilli valyutanın kursunu əsasən neft amili tənzimləyir. Bugünkü gündə ölkəninixrac potensialının 90-95 faizini xam neft təşkil edir. Bu isə o deməkdir ki,manatın arxasında əlavə heç bir yerli məhsul dayanmır.

Proqnoz vermək düzgün deyil..

Ona görədə, əslində, hətta AMB özü də hansı ehtiyatlara malik olursa-olsun, neftin qiymətininbir "döşəmə” həddi var ki, bu da 35-40 dollardır, əgər ondan aşağı düşərsə, məzənnəni3 aydan artıq saxlamaq mümkün deyil. Yeri gəlmişkən, manat keçən ilin fevralayından etibarən, düz ilin sonunadək 11,5% möhkəmləndi. 1 il əvvəl, yəni2016-cı ildə isə 15%-ə yaxın ucuzlaşmışdı. Sual yarana bilər ki, məzənnə əgər kənarmüdaxilə yolu ilə idarə olunursa, bəs, bu cür əks tendensiya necə baş verir? Təkraredirəm ki, keçən ilin fevralın 2-də manat 1,92-dək ucuzlaşmışdı. Onda 1,70-əniyə endi? Bu sualların cavabı isə ondan ibarətdir ki, AMB sonrakı dövrdəmanatınABŞdollarına nisbətən 1,70-dən də aşağı səviyyədəmöhkəmlənməsinə imkan vermədi. Və bunu valyuta bazarına müdaxilə, yəniintervensiya etmək yolu ilə təmin etdi. Başqa sözlə desəm, tənzimlədi. Odur ki,ölkəmizin valyuta bazarında sabit vəziyyət qalmaqda davam edir və 3 il bundanöncə, yəni 2015-ci ilin fevralın 21-nə kimi vəziyyət necə idisə, manatınABŞdollarınagörə məzənnəsi yenə o cür "bir nöqtədə” ilişib qalıb. Belə ki, o vaxt 0,78 qəpiksəviyyəsində idisə, indi də xeyli müddətdir 1,70 qəpik səviyyəsində sabitləşib.Sözün qısası, AMB bu cür məzənnə siyasətini hələ uzun müddət saxlayacaq. Vəsözügedən qurum manatın əsaslı makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətlişəraitdə dəyişkən risklərinin qarşısını almaq məqsədilə məhdud sayda və həcmdəolsa da, valyuta bazarına müdaxilə edir və edəcək də. Ona görə ki, AMB-ninmüvafiq açıqlamasında da qeyd olunduğu kimi, manatın əhəmiyyətli möhkəmlənməsivə yaxud ucuzlaşması bir sıra mikro və makro risklərin reallaşmasına yol açabilər. Ona görə də manatı tam üzən məzənnə rejiminə təkrar edirəm ki, buraxmaqolmaz. Əslində indidən 2020-ci il üçün proqnoz vermək düzgün deyil. Əgər, Azərbaycanınixrac potensialının 40-45 faizi qeyri-neft məhsullarından ibarət olsaydı, manattam üzən məzənnə siyasətinə keçid edə bilərdi. Biz yalnız o halda tam üzən məzənnərejimindən danışa bilərik".

Ədil Ədilzadə