Maliyyə Bazarlarına Nəzarət Palatasından QHT-lərə TƏLƏB
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ölkə QHT-lərini narazı salan məsələyə cavab verib.
"1 yanvar 2017-ci il tarixindən "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minib. Milli Məclis tərəfindən qəbul edilmiş və cənab Prezident tərəfindən imzalanmış Qanunla vergi ödəyiciləri üçün nağdsız hesablaşmaların aparılmasına dair xüsusi rejim müəyyən edilmişdir”, - deyəModern.az-ın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Rəsmi cavabda daha sonra deyilir:
"Biz qanunları icra edirik, müzakirə etmirik. Qeyri-hökumət təşkilatları (QHT) da vergi məqsədi üçün qeydiyyata alınmış hüquqi şəxslər olaraq "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvafiq tələbləri yerinə yetirməlidirlər. QHT-lər və ictimai birliklər ictimai maraqları, şəffaflığı və maliyyə intizamlılığını gücləndirməli və müdafiə etməlidirlər. Hər bir QHT fəaliyyəti zamanı maliyyə əməliyyatlarını şəffaf aparmalıdır”-deyə bildirilib.
Palata QHT-ləri təmkinli olmağa və qanunlara qeyd-şərtsiz əməl etməyə dəvət edib.
Digər Xəbərlər
03 May 2024 17:31
İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 12:45Ağdamın bu kəndlərinə köç ilin sonuna qədər başlayacaq
03 May 2024 12:05