adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Noyabr 2015 11:47
50406
MƏMLƏKƏT

Maldiv adalarına səyahət, yüksək əyarlı qızıllar – Şəbəkə biznesi bizə nələr vəd edir?

Yəqin ki, çoxlarınız "Networkmarketing”, yaxud Şəbəkə biznesi haqqında eşitmisiniz. Qızıl, gümüş və yaxudtitan tərkibli bəzək əşyaları almaqla bu marketinqə sərmayə qoyulur. Səyahət vəsağlamlığa aid bir neçə məhsulları da var.Bu məhsullardan almaqla (qiymət min. 750 $ ) üzv olursan və daha sonrabir neçə nəfəri də bura dəvət edirsən, beləliklə "qollar" açılır vəhər gətirdiyin yaxınlarının aldığı məhsullardan da gəlir götürürsən. Şirkətinofisləri bir neçə yerdə var. Sayları isə getdikcə çoxalır. Deyilənə görə,təməli Malayziyada qurulmuş olan bu şəbəkə biznesinin gövdəsi uzanaraq dünyanınfərqli ölkələrinə, budaqlar şaxələyib. Malayziya mafiyasının oyunu kimi də qələməverilən Quess Net(QNet) "Networkmarketing” adlı geniş bir biznes şəbəkəsinin bir parçası olub, təsisçisi hal-hazırdaaxtarışda olan Mijay Esvarandır.

«QNet» deyilən məfhum əslindəbir düşüncə tərzidir, insanları gözlənilməz mübarizəyə səsləyən, psixoloji birhaldır. Bəziləri ondan qorxur, bəziləri isə əksinə ona yoldaş olur və həyatınındəyişdiyini zənn edir. Əslində doğrudur, həyatı, çevrəsi tamamilə yeniinsanlarla əhatələnir. «QNet» bir məkandır, "Network marketing” məkanı…

Şəbəkə biznesinin qonağı olduğum bir il ərzində məni bura dəvət edəndostum mənə əsl «QNet» dərsi öyrətdi. Ancaq necə deyərlər, müəllimin məqsədlizəhmətini yerə vurdum və ali məktəbə daxil ola bilmədim. Görünür buna biliyimyox, pulum çatmadı. Azərbaycanda özəl bir universitetdə təhsil alan tələbəninbir illik ödənişi qədər məbləğ lazım idi mənə. Amma əvəzində zamanla bununqat-qat artığını qazanacaqdım. Görünür gözüm tox, qarnım tox, arxamda isə kasıb ailəmin məni qane edənimkanı dayanmışdı. Adətən söhbətimizin davam etdiyi müddətdə onun yaşınınüzərinə on il daha əlavə edirdim. Həyatı mənə elə başa salırdı ki, ağzım açıqqalırdı. Bu qədər dünyagörüşlü olmaq yəqin ki, biznesin təsirindəndir. Sonradandərk elədim ki, məsələnin əsas məğzi cəsarətdir. O məndən daha cəsarətlidir, çünki,«QNet» adlı kiçik "cəmiyyət”də insanlar cəsarət prinsipini yürüdürlər. Oradaheç kimin müdiri, rəhbəri yoxdur. "Quess net”i adi həyatımızdan fərqləndirənməqamlardan biri də budur. Yəni gündəlik həyatımızda istər müəllim, istərmühasib, istərsə də fəhlənin başında rəhbəri dayanır. (Ona çörəkpulu verənbirisi olur hər halda). Ancaq burada "Öz rəhbərin özünsən” prinsipi reallığaçevrilib. Hələ bu harasıdır. İlk dəfə binaya daxil olan zaman bu "cəmiyyət”haqqında ilk yaranan təəssüratım isə etik davranış norması ilə bağlı olmuşdu.Belə ki, içəri daxil olarkən işçilərdən biri eləcə həmin anda bayıra çıxırdı vəüz-üzə gəldiyimiz zaman onun ayağını tapdaladım. Özü də yağmurlu havada küçənin simvolikməhsulu-palçığı yaxmışdım güzgü kimi ayaqqabısının üstünə. İstəmədən olmuşdutəbii ki. Ancaq üzr diləmək özünərəva bilinən etik haldır deyə qısa anlıqnarazılığa görə üzr istəməyə hazırlaşırdım. Və bu zaman əksinə oldu və məndənqarşı tərəfin özü üzr istədi... İndi siz buna qiymət verin! Göründüyü kimi «QNet»belə bir məkandır. Orada yaşamaq da olar, sevməkdə olar, nişanlanmaq da,evlənməkdə, orada namus-qeyrətini də qoruya bilərsən, orada insanlığın sabit,mənliyin daha da möhkəm olur. «QNet» bir evə kənardan səs keçirməyənkeyfiyyətli plastik pəncərəli yaşayış binasını xatırladır. İçəridə isəmənzillər var, hər mənzildə valideynlərlə birlikdə uşaqları, ya da iki gəncevli çütlük, bir neçə dost, rəfiqələr, tək bir insan da (düzü bu çox azhallarda olur, ancaq sonradan onun evində yaxın insanlar peyda olmağabaşlayırlar) yaşaya bilər. «QNet»ə nə qədər nifrət etsəm də, orada yaxın dostumolduğu üçün nifrətimi yalançı mehribançılıqla örtməyə çalışırdım. Yalnız sonda hər kəsin bu şəbəkə biznesinəqoşulacağı ümidi və inamı ilə "candostum”a yalançı varlanmaq arzusuvermişdilər. Yalandır dostum! Məni qınamağa dəyməz, ancaq sənin böyük birbiznesmen olacağına inanmıram. Ancaq məsələ orasındadır ki, sənin əsilcəmiyyətdən kənarlaşmağın doğru deyil. Özünü təcrid etmə əzizim. Şəbəkəbiznesinin öz qanunları var, özlərinə məxsus dırnaqarası idealları, "afirist”lərivə yaxud da əsl "maşennikləri” var. «QNet»də ətalət qanunu işləmir, zamana önəmverilmir. Həyata baxış yaxşı yaşamağa yönəlib, beləliklə, insanlar yaxşıyaşamaq üçün doğru yaşamağı belə unudurlar. Bu məkana yaxın tanışlarımdan biridə gəlmişdi, oradakıları dinlədi, qoşuldu, hətta bir müddət işlədi, sonra çıxıbgetdi. Niyə? Çünki cansıxıcıdır, yorucu və maraqsız, pessimisto birfəaliyyətdir, bax buna görə. Başa düşürsən, «QNet» xarici cəmiyyətdə - yənibildiyimiz bu həyatda özfəaliyyətlərinə güvənc və inamsızların məskənidir.Orada cəsarətlər yığışır, güclər yığışır, insanlar sınaqdan keçirilir. Bəs elədüşünürsən ki, əvvəlki illərdə yaşadığın «QNet»siz həyat sənə bunlarıöyrətməmişdi? Daha artığın hətta...


Burada sizi "Hipnoz” edə bilərlər

Maraqlıdır ki, sizin cəmiyyətdə olmaya-olmaya artıq oranın sakinləri,kafedəki ofisiantlara qədər məni tanıyırdılar. Hətta bəzilərilə yoldaşlıqmünasibəti saxlayırdım. Görürsən, sənin cəmiyyətinlə mənim həyatım arasında heçbir fərq yoxdur. Əslində doğru deyirsən, hər bir Muxtar Respublikanı tabeolduğu dövlətdən xəyalı səddi ayırdığı kimi, burada da müəyyən sərhəd nəzərəçarpır. Bunun sadəcə bir adı var: "Çəkinmək”.Siz bizdən, biz isə sizdən çəkinirik. Dostuna inanıb ora gələn birbəndə, məzlum qul kafedə "Network Marketing”in işçiləriylə oturub. Yanında isə həmindostu onlarla söhbət edir. Sizcə, yeni gələn nə reaksiya verir? İcazə verindeyim: O gözünü döyəcləyib anlamır ki, saat yarımdır kafedə nəyə görə oturub vədinləməyə məcbur olduğu bu qeyri-adi təkliflərdən və təşviqlərdən hansı nəticəçıxaracaq. Söhbət uzanır, «QNet»in "Upliner”ləri əlindən gələni əsirgəməyərək,boğazlarını nəyi var qurudub səhraya döndərirlər ki, yeni müştərini bu biznesəgətirsinlər, çünki yeni «QNet»çinin peyda olması köhnələrə gəlir verir. Buzaman ortalarda hərlənən ofisiantlar gözə dəyir və yeni müştərilərinə çaytəklif edirlər. Əziz oxucular, işdirsizi də belə, yaxud buna oxşar bir yerə dəvət edən yaxınlarınız olsa,çəkinməyin gedin. Ola bilər ki, nəsə alınar. Ancaq ilk gündə sizdə hətta o çayıiçməkdən yayınma halları da baş verə bilər. Dostunuz sizə «QNet»ə dəvət edərkənheç bir məlumat vermədiyi kimi, sizə təklif edilən o çayı da içməyə ehtiyatedəcəksiniz. Bundan qəti narahat olmayın, mən bir ildən çoxdur orada eyni çayıiçirəm. Bunun isə heç bir hipnozoloji təsiri olmayıb. Gördüyünüz kimi nə aldanmışam, nə də sonradanşikəstliyim yaranıb. Hələ üstəlik növbəti günlər də gələsi olsanız çaydan əlavəkofe, şirə, yaxud kokteyl də sifariş verə bilərsiniz. Yayda işçilər və yenimüştərilər əksər vaxt həyətdə açıq hava kafesində əyləşib söhbət edirlər.Yuxarıda çox isti olur. Buna baxmayaraq eyvanı da var, orada əyləşib biznesmensevgilinlə romantik danışıqlardan küçədə hərəkət edən kənar cəmiyyət üzərindəbolluca rişğəndli təzahürlərə qədər hər mövzuda söhbət etmək sərbəstdir.


Şəbəkə biznesində "Doğmalıq”prinsipi

Burada hər hansı bir məhdudiyyət yalnız işçilərə - artıq şəbəkəyə daxilolmuş köhnə müştərilərə qadağan oluna bilər. Məsələn, sevdiyin biri varsa,mütləq o da burada sənin yanında olmalıdır.

-Səbəb?

Cavab: Sən onu sevirsənsə, hər an onun yanında olacağını sübut etməlisən. "Axımən bunu qətiyyən istəmirəm və sevgilimin də burada işləməsinə qəti razıdeyiləm”. Bu zaman sənə «QNet»in "Upliner”i cavab vermir. Onun "Adam”ı yənisənin öz doğmaca sevgilin: "Əzizim ya, mən ya da özün bilərsən!” Gördünüz ki, obir anda aranızdakı bağlılığı və sevgini məhv edə bilər. Fərqi yoxdur, istərbir illik sevgi olsun, istərsə də beş illik.Bu şəbəkənin strukturu təkcə maliyyə, hesabat, riyazi büdcə ölçmələrifalan - bu tip mexanizmlərlə qurulmayıb. Burada insanların həyatına birbaşamüdaxilə var. Müdaxilə nədədir bilirsiniz? Bu marketinq işinin inam və etibar üzərindəqurulmasında. Siz olsanız, normalda inandığınız və güvəndiyiniz insanlar hansıkateqoriyadan ola bilər? Ən başda ailənin hər hansı bir üzvü, sonra ən yaxındostun (rəfiqən), ardınca qohum (əmiuşağı, bibinəvəsi və s), sevgili, ənçıxılmaz halda qalanda isə artıq qarşılıqlı olaraq heç bir inamın olmadığısıradan tanışlarınız. Həyata birbaşa müdaxilə insanların hisslərilə oynamaqdır.Pul üzərində duyğular əzilir. İllərdir gəzib dolaşdığın sevgilin və ya dostunbir anda doğmalığın pərdəsi arxasında yox olub gedir. Burada qadınların yalançıağ atlı şahzadələri formalaşır. Elə onlarda özlərinə geydirmə kukla bisnesMANaxtarır. «QNet» bilinmədəntəsəvvürlərdəki saf və təmiz rəsmləri bir anda cırıb ata bilir.


Film aktyorları da şəbəkəbiznesi ilə məşğul olub

Düşünürəm ki, burada «QNet»in bu siyasətinə yardımçı olan kiçik birməqamlar da var. Belə ki, uşaq ikən baxdığımız filmlərdə iki sevgili rahatcaölkələr gəzirlər, evli və ya sərbəst əlaqədə olduqları haqqında heç bir məlumatyoxdur. Kef edirlər, yaşayırlar, qısaca həyatın hər gözəlliyini dadırlar. Yənitərəflərin ideaları nədən ibarətdir? Onu nədənsə hər filmdə rejissorlaryeniyetmə izləyicilərə xatırlatmaq istəmirlər. Axı niyə ortaya bir faktqoymurlar ki, ay bala burada bir məqama diqqət edin - pulun çoxluğuna. Uşaq dadüşünür ki, yəqin böyük məbləğli CEKPOT qazanıblar, bir az böyüyəndə biznesanlayışı yaranır. Artıq qarşılarına dünyanı lərzəyə gətirməyi məqsəd qoymuş bubalaca cəmiyyət və «QNET»çilər özlərinin gerçək həyatlarını tapmış olduqlarınıdüşünürlər. Baxın, bu sözlərimin altından xətt çəkərək qeyd edirəm: «QNet»dəolan və özünü xoşbəxt hesab edən "gələcəyin biznesmeni” əsl həyatı buradatapdığını dilə gətirsə, o zaman ona belə deyin: Elə isə sənə pul lazım deyil,ver onu mənə!..


«QNet» haqqında vətəndaşların da fikirlərini öyrəndim

Qəhrəmanımız 40 yaşlı Zibaadlı qadındır.Onun daimi rahat işivar - ayda 500 manat maaş alır. Bir gün çoxdan görmədiyi rəfiqələrindən biri onazəng edib ofisinə dəvət etdi, görüşdükdən sonra nə qədər maaş aldığını soruşdu,sonra təəccübləndi ki: "Bu nə maaşdır alırsan, gəl yanıma həftədə ən azı 500manat qazanacaqsan”. Sonra məlum oldu ki, qəhrəmanımız həmin işə daxil olmaqüçün 1800 manatlıq tur paket və ya bəzək əşyaları almalıdır. Özü də tur paketFransanın hansısa bir limanından başlayır və onun reallaşması üçün qəhrəmanımızviza əldə etməli, Fransaya gediş-gəliş bileti almalıdır. Rəfiqəsinin təklif etdiyibəzək əşyaları da şübhəli idi - təklif olunan 1800 manatlıq cəvahiratlar həttaqızıl olsa belə, toplam qiymətləri 150 manatdan artıq olmazdı. Amma rəfiqəsibundan narahat olmamağı bildirdi: "Bunlar özəl mallardır. Sadə əşyalar deyil,hərəsinin bir cür şəfaverici xüsusiyyəti var, Avropadan xüsusi olaraq gətizdirmişik”.

Səbuhi adlı gənc isə bu iş üçün rayondan Bakıya gəldiyini bildirib: "Mən 18 ay «QNet»də işləmişəm. Şəbəkəm də var idi. Oradadözmüş olduğum günlərə, ac qaldığım anlara sadəcə heyfsilənirəm. Fikirləşəbilirsiz, 1 il 6 ay "full time” vaxt qoymaq… Qısası, aldanmayın!..”

Nazim adlı tələbə isə onu dəfələrlə dəvət etsələr də bu biznesəqoşulmadığını söyləyib: "Eynitaktikadan"dostum" da (köhnə iş yoldaşım idi. Bir ildirnə zəng vururdu, nə də ki axtarırdı, sonra birdən yadına düşdüm) istifadəedərək məni cəlb etmək istəyirdi. Bütün bu danışmalardan sonra mən dedim ki,problem deyil, qoşulacağam, amma bir şərtlə ki, təşkilatın etibarını qazanmaqüçün istənilən 750 dolları o mənim yerimə ödəyəcək, bir dost kimi. Təbii ki,dostum bu təklifdən sonra pis vəziyyətə düşdü və bir daha məni axtarmadı”.

Sözügedən qurumla bağlı mənfifikirlər, hətta ağır tənqidə keçənlər də oldu. Ancaq adını açıqlamaq istəməyənbir oxucumuz apardığımız sorğuda iştirak edərək "«QNet»”çi olduğundan qürurduyduğunu bildirib: "Buyazıda doğru məqamlar yalnızaşağıdakılardır: Çoxlu insanlar fəaliyyət göstərir, səmimi münasibət var,qarşılıqlı hörmət var və şirkətin fəaliyyət, gəlir potensialından başqa yazılanhər bir cümlə yalandır, cəfəngiyatdır. Mən özüm 4 aydır ki, Quesnet («QNet»)şirkətində fəaliyyət göstərirəm və hərtərəfli xeyrin görürəm. Öz işimlə dəqurur duyuram”.

Sahilə xanım əvvəllər bir neçəay bu sahədə fəaliyyət göstərsə də, biznesmenlik barədə arzularının puçolduğunu söyləyib:"Onlarınofisləri bütün binanı bürüyüb. Binanın 7 mərtəbəsinin hamısı onlarındır. Axşam o tərəfə yolunuz düşəsiolsa, görərsiniz ki, otaqlar ağzına kimi doludur. Hərəsi əlinə bir dəftər alıbhey yazıb-pozur. Gülməlidir: "Necə edək ki, filankəsibura gətirəbilək, hansı yollara əl ataq ki, sayımızı artırmağa nail olaq, camaata baxıbürəyim yanır”. Söz yox, bu marketinqdə qazanan var. Amma bir nəfər qazanırsa,bəlkə bunun müqabilində 10 nəfər itirir. Bu qazanc kimlərinsə itirməyininhesabına olur.Çoxusu inanıb qoşulur və sonra başını atıb gedir. Ən azı 750 kağızından olur(maksimim isə bu rəqəm 2000 dollara çata bilər). Əvəzində isə dəyəri 200$olmayan bir əşya alır (heç onu da ala bilmir). Allah hamının köməyi olsun!”

Pula nahaqdan əlçirki deyilmir. Əgər belə olmasaydı insanlar bu əskinazı itirməyə razı olmazdı. Bəli,bəzən 750 dolların, hətta onun iki qatı əlindən gedəcək deyə dünyanı dağıtmaqemosiyasına qapılmırsan. Onlarla, hətta yüzlərlə insan bu biznesə sərmayəqoyub, amma bu cəhd uğursuzluğa düçar olub.Həmin insanlar artıq «QNet»ə dönüb sənin "upliner”lərinə yedizdirdiyipulları almaq iqtidarında olduğunu düşünmür. Hələ qızıl və biodiskləringələcəyi ümidindən danışmağa dəyməz…

Rüfət SOLTAN