MAİS AĞAYEVƏ DIQQILI BİR SUAL
Məmməd Rəhim küçəsidir. Bir tərəfi Bakı Dövlət Universiteti, Milli Elmlər Akademiyası digər tərəfi isə Memarlıq və İnşaat Universiteti ilə Texniki Universitetdi. Bir tərəfini Mətbuat digər tərəfini isə Hüseyn Cavid prospektləri kəsir. 500 metrlik bir məsafəni avtomobillə 25 dəqiqyə keçdik. Yolu papasının və mamasının avtomobilli balaları və hökumət avtomobillərini övladlarının dalınca yollayan harın və qanun saymayan məmurların maşını tutmuşdu. 3 sıra maşın saxlayıblar. Mais Ağayev arada bura da göz yetirin.
Birdə imkan varsa bir statistik rəqəm açıqlayın. Dövlət maşınları barədə. Qanunsuz parklanmaya görə cari ildə dövlət qurumlarının balansında olan nə qədər avtomobil cərimələnib? Və nə qədər vəsait dövlət büdcəsinə daxil olub?
Digər Xəbərlər
29 Aprel 2024 15:48