01 Noyabr 2025 10:06
95
HADİSƏ

Mahir Əmrəlinin dayısı oğlunun MEYİTİ TAPILDI

Zaqatalada 37 yaşlı kişinin meyiti tapılıb.

Adalet.az apa-ya istinadla xəbər verir ki, hadisə ötən gün 23.00 radələrində rayonun Aşağı Tala kəndində baş verib.

Kənd sakini 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yardımçı tikilidən asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Sabit Ağayev məşhur futbolçu Mahir Əmrəlinin dayısı oğludur.