Magistraturada yeni ixtisaslar olacaq
"Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarında dəyişikliklər edilib.
Dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilib:
1. "2. Humanitar və sosial ixtisaslar qrupu” bölməsinin "060204 Jurnalistika” ixtisasına "- Televiziya və radio yayımları menecmenti” sətrindən sonra "- İdman jurnalistikası” sətri əlavə edilib.
2. "8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinin "060802 Bədən tərbiyəsi və idman” ixtisasında "- Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat və reabilitasiya” sətrindən "və reabilitasiya” sözləri çıxarılıb və həmin sətirdən sonra "- İdman tibbi və reabilitasiya” sətri əlavə edilib.
Dəyişikliklə, "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na İdman jurnalistikası və İdman tibbi və reabilitasiya ixtisasları əlavə olunub. Eyni zamanda magistratura səviyyəsində İdman jurnalistikası ixtisası və İdman tibbi və reabilitasiya ixtisası da tədris olunacaq.
Digər Xəbərlər
28 Aprel 2024 09:00
Magistraturaya II cəhd qəbul imtahanı KEÇİRİLƏCƏK
27 Aprel 2024 17:44Azərbaycanda müəllim vəfat edib - FOTO
26 Aprel 2024 11:23Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər
26 Aprel 2024 11:12Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb
26 Aprel 2024 09:55