“LUKoyl” prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
"LUKoyl” ASC-nin prezidenti Vahid Ələkbərov Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
Adalet.az-ın məlumatına görə, V. Ələkbərovun məktubunda deyilir:
”Hörmətli İlham Heydər oğlu,doğum gününüz münasibətilə Sizi "LUKoyl” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Siz Azərbaycan Respublikasının ali dövləti vəzifəsində fəaliyyətinizdə özünüzü qeyri-ordinar, parlaq şəxsiyyət, prinsipial və ardıcıl siyasi xadim, dövlətin lideri kimi göstərmisiniz. Siz haqlı olaraq öz həmvətənləriniz arasında və xaricdə hörmət və nüfuz qazanmısınız.
Bu gün Sizin rəhbərliyinizlə ölkənin iqtisadi potensialı fəal şəkildə artır, siyasi və sosial təsisatlar təkmilləşdirilir. Azərbaycanda həyata keçirilən konstruktiv xarici siyasət regionda sabitliyin təmin edilməsinə, beynəlxalq ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə və ölkə iqtisadiyyatına xarici investisiyalar cəlb edilməsinə şərait yaradır.
Fürsətdən istifadə edib, "LUKoyl” ASC-nin Azərbaycanda fəaliyyətini dəstəklədiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirmək və Sizi əmin etmək istərdim ki, biz azərbaycanlı tərəfdaşlarımızla əməkdaşlığı bundan sonra da fəal inkişaf etdirmək niyyətindəyik. Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni böyük uğurlar diləyirəm”.
Digər Xəbərlər
28 Aprel 2024 00:37
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
27 Aprel 2024 17:39Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel 2024 16:06Dəniz piyadaları və xüsusi təyinatlıların təlimindən - VİDEO
27 Aprel 2024 15:00İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI
27 Aprel 2024 14:48