“Lotu Quli” ilə bağlı Ədliyyə Nazirliyindən AÇIQLAMA

Kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) Bakıda ev dustağı olması xəbəri həqiqəti əks etdirmir.
Adalet.az xəbər verir ki, bu barədə məlumatı "Sputnik Azərbaycan” Ədliyyə Nazirliyinə istinadən yayıb. Nazirlik N.Səlifovun Azərbaycana ekstradisiya edilmədiyini bildirib. Belə ki, onun Azərbaycan ərazisinə ekstradisiyası üçün ölkə ərazisində hansısa yeni cinayət törətmədiyi qeyd edilib.
Ədliyyə Nazirliyi, həmçinin Qulinin Azərbaycanda olma ehtimalının olduğunu, amma onun burada ev dustaqlığına məhkum edilmədiyini və ya ona qarşı yeni ittihamlar irəli sürülmədiyini bildirib.
Qeyd edək ki, bundan bəzi KİV-lər Qulinin Bakıya gətirilərək, ev dustağı edildiyi haqqında məlumat yayıb.
Dövlət Miqrasiya Xidmətindən isə bildiriblər ki, N.Səlifov deportasiya edilməyib. Dövlət strukturunda bildiriblər ki, belə informasiyaya malik deyillər.
Ehtimal ki, Nadir Salifov Azərbaycana könüllü qaydada gəlib.
Digər Xəbərlər

Baş Prokurorluq və DSX-dən birgə əməliyyat - Saxlanılanlar var - VİDEO

Qadın hədə ilə pul tələb etdi, tutuldu

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Polis 20,3 kq narkotik aşkarladı

Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı

Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı

“Tik-Tok” və “Instagram”da qadınların səhifələrinə kiber hücumlar edən şəxs saxlanıldı - VİDEO
