adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Avqust 2018 10:28
9773
DÜNYA

Los-Ancelesdə Obama Bulvarı yaradılacaq

Los-Ancelesin Şəhər Şurası (Kaliforniya ştatı) küçələrdən birinin ABŞ-ın 44-cü prezidenti Barak Obamanın şərəfinə adlandırmaq qərarına gəlib.

Adalet.az-ın məlumatına görə, bunu şəhərin meri Erik Qarçetti "Tvitter" sosial şəbəkəsində yazıb.

Qarçetti qeyd edir ki, Şura Rodeo yolunun Obama Bulvarı adlandırılması üçün səs verib: "Biz şadıq ki, bu Los-Anceles sakinlərinə onlar şəhərdə səyahət edərkən prezident Barak Obamanın irsi haqqında bir xatirə olacaq".

Qeyd edək ki, Rodeo yolu Los-Ancelesin cənub-qərb hissəsində yerləşir və onun uzunluğu 5,5 kilometr təşkil edir.