adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Noyabr 2013 17:09
107804
AVTOMABİL

London taksiləri yenə birinci oldu

"Hotels.com” portalının araşdırmalarına görə, London taksiləri ardıcıl 6-cı il dünyanın ən yaxşı taksisi hesab olunub. "Media forum” saytı xəbər verir ki, London taksiləri səslərin 22%-ni qazanıb.

Nyu-York taksiləri 10% səslə ikinci, Tokio taksiləri 9% səslə üçüncü yeri tutub. Sonrakı yerləri Berlin (5%), Madrid, Mexiko və Amsterdam taksiləri (4%) bölüşdürüb.

30 ölkədə aparılan araşdırmalarda təmizlik, əraziyə bələd olma, sürücülük bacarığı, sərnişinlərlə davranış, yolda təhlükəsizlik kimi amillər nəzərə alınıb.