London polisi parlament binası yaxınlığında baş verən hadisəni terror kimi qiymətləndirib
London polisi parlament binası yaxınlığında baş verən hadisəni terror olayı kimi qiymətləndirib.
Adalet.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, London polisinin "Twitter” sosial şəbəkəsindəki səhifəsində qeyd edilib.
"Sky News” telekanalı isə Vestminster körpüsündə, parlament yaxınlığında baş verən olayların əlaqəli olduğu barədə məlumat yayıb.
Məlumata görə, bir nəfər avtomobili körpü üzərindəki insanların üzərinə sürüb, bir neçə nəfəri vurub və parlamentə yaxınlaşıb. Daha sonra avtomobildən düşən şəxs parlament binası yaxınlığında bir polisi bıçaqlayıb. O, digər polislər tərəfindən güllələnərək zərərsizləşdirilib.
Digər Xəbərlər
03 May 2024 22:37
Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 21:34Zelenski hərbçilərə xəbərdarlıq etdi: Hazır olun!
03 May 2024 21:31Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 21:29