30 Iyul 2025 11:39
128
DÜNYA

London Fələstin dövlətini tanımağa hazırlaşır...

Böyük Britaniyanın hökumət saytının  məlumatına görə, əgər İsrail Qəzza bölgəsində münaqişəni dayandırmasa, Britanıya sentyabr ayında Fələstin dövlətini tanıyacaq.

 Baş nazir Kir Starmerin ofisinin saytlnda, Qəzza sakinlərinin taleyindən narahat olduqları bildirilir.  Baş nazir ABŞ, Qətər və Misirin tez bir zamanda bölgədə atəşin dayandırllması təşəbbüsünü dəstəklədiyini bəyan edib.

 Xatırladırıq ki, daha əvvəl, Fransa prezidenti Emmanuel Makron analoji bəyənatla çıxış etmişdi. ABŞ prezidenti Donald Tramp isə, Fələstin dövlətinin tanınması təklifini bəyənmədiyini, Fələstin dövlətinin tanınmasının "heç nəyi dəyişməyəcəyini bildirmişdi".

 Rüstəm Hacıyev