adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 May 2020 20:47
17132
İDMAN

“Lokomotiv”in dörd futbolçusu koronavirusa yoluxdu

Moskvanın "Lokomotiv” klubunun dörd futbolçusunda koronavirus aşkarlanıb.

Bu barədə 360.tv xəbər yayıb.

Məlumata görə, yarımmüdafiəçiDmitri Barinov və Roman Tuqaryevin, hücumçu Timur Süleymanovun və qapıçı Anton Koçenkovun COVID-19 testinin cavabı müsbət çıxıb.

Futbolçularda xəstəlik simptomsuz keçir və hər kəs özünü yaxşı hiss edir. Onlar evlərində təcrid olunublar.