30 Iyun 2014 11:02
11676
MƏMLƏKƏT

"Liman” klinikası bağlandı

Sumqayıt şəhərində fəaliyyət göstərən "Liman” klinikası bağlanıb.

Adalet.az-ın "Avropa.info”ya istinadən xəbərinə görə, "Liman” klinikasının rəhbərliyi işçilərə iyunun 30-dan klinikanın müvəqqəti olaraq təmirə bağlandığını bildirib. İşçilərə vəd olunub ki, qısa zamanda iş öz ahənginə dönəcək.

Səhiyyə Nazirliyinin rəsmi saytında isə "Liman” klinikasının daxil olduğu MMC-nin lisenziya müddətinin iyunun 26-da bitdiyi qeyd edilib. Klinikanın da məhz bu səbəbdən bağlandığı ehtimal edilir.

Qeyd edək ki, "Liman” klinikası 7 ildir fəaliyyət göstərirdi.