Leyla və Arzu Əliyevalar Şəkidə uşaq evi sosial xidmət müəssisəsində - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva aprelin 27-də Şəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.
Adalet.az xəbər verir ki, səfər zamanı Leyla Əliyeva və Arzu Əliyeva müəssisənin fəaliyyəti, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yaradılan şərait, onların təlim-tərbiyəsi və sosial müdafiəsi istiqamətində görülən işlərlə yaxından tanış olublar. Bildirilib ki, 1936-cı ildən fəaliyyət göstərən uşaq evi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə yeni bina ilə təmin edilib.
Sonra Leyla Əliyeva və Arzu Əliyeva uşaqların xüsusi hazırladıqları mədəni proqramı izləyiblər. Proqram çərçivəsində uşaqlar tərəfindən rəqs və musiqi nömrələri təqdim olunub, teatr məşğələsində hazırlanmış səhnəciklər nümayiş etdirilib. Uşaqların yaradıcılıq bacarıqlarını, istedadını və səhnə mədəniyyətini əks etdirən çıxışlar maraqla qarşılanıb.
Sonda müəssisənin kollektivi və uşaqlar ilə xatirə şəkilləri çəkdirilib, hədiyyələr təqdim edilib.
Digər Xəbərlər
28 Aprel 2026 09:55
Leyla və Arzu Əliyevalar “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış oldular - FOTOLAR
28 Aprel 2026 09:19
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər - FOTO
28 Aprel 2026 08:59
Zərifə Əliyevanın anadan olmasından 103 il ötür
27 Aprel 2026 16:57
Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
27 Aprel 2026 16:47
Heyvan bazarları ilə bağlı YENİ MƏHDUDİYYƏTLƏR
27 Aprel 2026 16:39
"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlandı
27 Aprel 2026 13:14
Leyla Əliyeva İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzindən paylaşım etdi - FOTOLAR
27 Aprel 2026 12:31


Bakı -°C

