Leyla Əliyeva Omanın birinci xanımı ilə görüşdü - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat şəhərində Oman Sultanlığının birinci xanımı Ülyahəzrət Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah ilə görüşüb.
Adalet.az xəbər verir ki, Leyla Əliyevanı Omanda görməkdən məmnunluğunu bildirən Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah onun ictimai fəaliyyətinin Azərbaycanla yanaşı, bir çox ölkələrdə, o cümlədən Körfəzin ərəb ölkələrində yüksək qiymətləndirildiyini vurğulayıb.
Omanın birinci xanımı Heydər Əliyev Fondunun vitse-prezidentinin ətraf mühitə, incəsənətə, mədəniyyətə, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyi, xeyriyyə aksiyalarında yaxından iştirakı barədə məlumatlı olduğunu bildirib.
O, həmçinin Azərbaycanda sənətkarlıq, xalçaçılıq, toxuma sənəti barədə də zəngin məlumatının olduğunu deyib.
Bu ölkədə olmağından məmnunluğunu bildirən Leyla Əliyeva görüşə, göstərilən diqqət və qayğıya görə təşəkkürünü ifadə edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Omana ilk dəfə səfər etdiyini vurğulayaraq, bunun ölkələrimizin mədəniyyət, incəsənət, xalçaçılıq, toxuculuq kimi sahələrdə fəaliyyət göstərən qurumları arasında gələcək əlaqələrə təkan verəcəyinə əminliyini bildirib.
Azərbaycanın xalçaçılıq və toxuculuq sahələrində zəngin ənənəsinin olduğunu bildirən Leyla Əliyeva bu xüsusda təcrübə mübadiləsinin önəminə toxunub.
Söhbət zamanı Azərbaycanla Oman arasında qeyd edilən sahələrdə birgə layihələrin işlənib hazırlanması barədə razılıq olunub.
Digər Xəbərlər
07 Yanvar 2026 09:44
YAPONİYA TÜRK DÖVLƏTLƏTİ TƏŞKİLATINA ÜZV OLMAQ İSTƏYİR
07 Yanvar 2026 09:44
“Azərbaycan bütün məsələləri milli maraqlara uyğun həll edir”
06 Yanvar 2026 21:02
Mehriban Əliyevadan Milad TƏBRİKİ - FOTO
06 Yanvar 2026 16:11
Azərbaycan strateji iqtisadi inkişafı ilə regionda liderdir
06 Yanvar 2026 14:05
“Əgər bu alınmasa və mühafizəkarlar vəziyyətə nəzarəti itirərlərsə...”
06 Yanvar 2026 12:12
“Zəngəzur dəhlizi artıq siyasi mübahisə mövzusu deyil...”
06 Yanvar 2026 11:20
“Trampın İrana havadan hərbi müdaxiləsi gözləniləndir...”
06 Yanvar 2026 10:25


Bakı -°C

