Leyla Əliyeva konsertdə iştirak edib - FOTOLAR
Əfsanəvi tenor Plasido Dominqo noyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində çıxış edib.
Adalet.az xəbər verir ki, konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Konsertdə Plasido Dominqo (Placido Domingo) ilə yanaşı, onun oğlu Plasido Dominqo Jr. (Placido Domingo Jr), Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova və isveçrəli opera ifaçısı Daria Rıbak (Daria Rybak) çıxış ediblər.
Səhnədə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrini tanınmış italiyalı dirijor Françesko İvan Çampa (Francesco Ivan Ciampa) idarə edib.
Gecədə C.Puççini, C.Verdi, P.Maskani kimi dünya klassiklərinin bəstələri səslənib.
Plasido Dominqonun Azərbaycan tamaşaçılarına bu dəfə də sürprizi olub. Əfsanəvi müğənni Dominqo və gecənin digər ifaçıları “Küçələrə su səpmişəm” xalq mahnısını birlikdə ifa ediblər.
Plasido Dominqo ilk dəfə deyil ki, Azərbaycan bəstəkarlarına müraciət edir. Xatırladaq ki, dahi müğənni 2010-cu ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını ifa etmişdi.
Digər Xəbərlər
09 Iyul 2026 12:30
Gənc taleyi zülmətə dönən aktrisa - Əntiqə Kərimzadə yazır…
09 Iyul 2026 10:43
ƏMƏKDAR JURNALİST FAİQ QİSMƏTOĞLUNUN YUBİLEYİ AŞIQLAR BİRLİYİNDƏ QEYD OLUNUB
07 Iyul 2026 12:57
Xalq artisti Əlixan Səmədov: “Balabanı dünyaya tanıtmaq mənim milli qürurumdur”
04 Iyul 2026 09:00


Bakı -°C

