adalet.az header logo
  • Bakı -°C
10 Fevral 2026 09:53
71
KRİMİNAL
A- A+

Lənkəranda yaşlıların təqaüd kartlarını talayan şəxs saxlanıldı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Coşqun Hüseynovu saxlayıblar.

Adalet.az xəbər verir ki, araşdırmalarla məlum olub ki, C. Hüseynov bankomatların yaxınlığında dayanaraq kömək üçün ona müraciət edən yaşlı şəxslərin kartlarını alıb, onlara içində vəsait olmayan başqa kartlar qaytarıb.

Daha sonra isə o, əldə etdiyi kartlardakı vəsaiti nağdlaşdırıb.

C. Hüseynov bu üsulla 6 təqaüdçünün ümumilikdə 2389 manatını ələ keçirib.

Faktlarla bağlı araşdırma aparılır.