Lənkəranda silsilə oğurluqlar edən şəxs tutuldu
Lənkəran şəhəri ərazisində yerləşən 2 ev və 1 restorandan məişət avadanlıqları, eləcə də təmir-tikinti alətləri oğurlanıb. Hadisələr zamanı zərərçəkənlərə 3000 manatdan artıq maddi ziyan vurulub.
Adalet.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Mirhüseyn Hacızadə saxlanılıb.
Ondan şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin də aşkarlanaraq götürülüb. Bundan başqa M.Hacızadənin rayon sakini olan bir nəfərə məxsus "Vaz 2106" markalı avtomobili qaçırdığı da müəyyən edilib. Faktlarla bağlı cinayət işi başlanılıb, M.Hacızadə barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Digər Xəbərlər
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43


Bakı -°C

