"Legiya"dan Mahir Emreli ilə bağlı BƏYANAT

"Legiya" komandası Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı bəyanat yayıb.
Adalet.az-ın məlumatına görə, bəyanatda 25 yaşlı hücumçunun müqavilə ilə Varşava təmsilçisinə məxsus olduğu bildirilib.
"Klub dəfələrlə oyunçunu komandaya qayıtmağa və müqavilə öhdəliklərini yerinə yetirməyə çağırıb, həmçinin ona lazım olan bütün dəstəyi təklif edib. Emreli ilə daim razılığa gəlməyə çalışır, futbolçu və onun nümayəndələri ilə danışıqlar aparırıq. Məxfiliyi və mahiyyəti nəzərə alaraq,danışıqların məzmununu və nəticələrini açıqlamayacağıq", - deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.
Digər Xəbərlər

Çempionlar Liqasının rəsmi səhifəsində Qurban Qurbanovla bağlı PAYLAŞIM

“Neftçi”nin şikayəti təmin edilmədi

"Arnold" 1 ay oynaya bilməyəcək

Azərbaycan Kubokunun finalı bu stadionda olacaq

"Uşaq vaxtı oyunlara baxmaq üçün gəldiyim stadionda qol vurmaq fərqli hissdir"

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı
