“Qarabağ”ın oynunda Elnur Əşrəfoğlunun xatirəsini anılacaq
Konfrans Liqasının 3-cü turunun bu gün keçiriləcək "Qarabağ" - "Kayrat" oyununda tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq.
Adalet.az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına 1 saat qalmış (19:45-də) Respublika Stadionunun bütün elektron tablolarında E.Əşrəfoğlunun şəkli əks olunacaq. Bununla bağlı artıq UEFA nümayəndəsinin razılığı alınıb.
Qeyd edək ki, "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.
E.Əşrəfoğlu oktyabrın 19-da koronavirus xəstəliyindən dünyasını dəyişib.
Digər Xəbərlər
03 May 2024 16:37
“Fənərbağça” Di Mariyanı transfer etmək istəyir
03 May 2024 16:12Xankəndi istiqamətində dəhşətli avtoqəzaya düşən PFL prezidentinin son durumu AÇIQLANDI
03 May 2024 11:10Messi aprel ayının ən yaxşı futbolçusu seçildi
03 May 2024 09:57Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər
01 May 2024 15:38