adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Noyabr 2020 22:00
27734
İDMAN

“Qalatasaray”da prezident seçkiləri təxirə salındı

Türkiyənin “Qalatasaray” klubunda prezident seçkiləri təxirə salınıb.

Qol.az İstanbul təmsilçisinin rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, buna səbəb koronavirus pandemiyası göstərilib.

Klubun İdarə Heyəti 19-26 dekabr tarixlərində növbədənkənar seçkiləri təşkil etməyi planlaşdırsa da, koronavirus pandemiyasına görə seçkilərin ən azı 2021-ci il fevralın 28-nə qədər keçirilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, “Qalatasaray”ın hazırkı prezidenti Mustafa Cengizdir.