Lavrov: “Vyana və Peterburq razılaşmaları sənəddə təsdiqini tapmalıdır”
"Dağlıq Qarabağ münaqişəsinə dair Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılıqlar sənəddə təsdiqini tapmalıdır”.
Adalet.az məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Hamburq şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
"Biz dəfələrlə Vyana və Sankt-Peterburqda əldə olunan razılıqlara münasibət bildirmişik. Həmin görüşlərdə həmsədrlər də iştirak edib. Razılıqlara əsasən, atəşkəs rejimi təsdiqlənməli idi. Arada bir atəşkəs rejiminin pozulmasını müşahidə edirik. Həmçinin ATƏT müşahidəçilərinin sayı artmalı idi. Çox yox, 7 nəfər. Hələlik onların harada yerləşdiriləcəyi barədə konsensus yoxdur. Fikrimcə, onlar təmas xəttində yerləşdirilməlidir”.
Xatırladaq ki, iclası dünən və bu gün Almaniya sədrliyinin təşkilatçılığı ilə keçirilir. Toplantıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19